İngiltərə Premyer Liqasında çıxış edən "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimarays "Arsenal"ın transfer hədəfinə çevrilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, "Arsenal" 28 yaşlı braziliyalı futbolçunun transferi üçün "Nyukasl"a 76 milyon avro təklif etsə də, İngiltərə klubu bu təklifi qəbul etməyib.
Bildirilib ki, "Nyukasl" Bruno Gimaraysın transferindən ən azı 80 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə keçirdiyi 41 oyunda 9 qol vurub, 8 məhsuldar ötürmə edib. O, həmçinin 2026-cı il dünya çempionatında Braziliya millisinin heyətində iştirak etdiyi 5 matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.