Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Naxçıvan MR-in yeni Baş naziri təyin olunub

2 dəq
Paylaş:
Naxçıvan MR-in yeni Baş naziri təyin olunub

Respublikasında yeni vəzifəsinə Cabbar gətirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qərar Naxçıvan MR Ali Məclisi tərəfindən Prezidentinin təqdimatı əsasında qəbul olunub.

Cabbar Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilini Ankara şəhərində almış, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İqtisad üzrə fəlsəfə doktorudur.

Karyerası ərzində 2004–2013-cü illərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb. 2013–2016-cı illərdə Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-də direktor müavini olub. 2016-cı ilin aprelindən isə Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsini icra edib.

Cabbar Musayev həmçinin dövlət qulluğunun müşaviridir və Azərbaycan Prezidentinin 2021-ci il 23 iyun tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 4 noyabr 2024-cü il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax