Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Emin Hüseynov: Yeni evlərlə yanaşı iş şəraiti də yaradılır

3 dəq
Paylaş:
Emin Hüseynov: Yeni evlərlə yanaşı iş şəraiti də yaradılır

Bu gün işğaldan olunmuş ərazilərdə bütün layihələr, bütün məntəqələri ən qabaqcıl şəhərsalma prinsiplərinə əməl edilməklə olunur. Sözsüz ki, "ağıllı şəhər", "ağıllı kənd" prinsipləri ən ümdə prinsiplərdəndir və biz də öz işimizdə onu tətbiq edirik.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentinin xüsusi nümayəndəsi deyib.

Prezidentinin xüsusi nümayəndəsi burada əsas dörd prinsipə diqqəti cəlb edərək dedi: "Bunlardan birincisi insanmərkəzli bir şəhərin yaradılmasıdır. Mərkəzdə insan durmalıdır, onlar üçün hər şey əlçatan və əlverişli olmalıdır. Bunun üçün baş planlar da elə tərtib olunur ki, əsas sosial obyektlər, inzibati mərkəzlər bir yerdə cəmlənsin və insanlar ora tez bir zamanda çata bilsin.

Digər əsas məsələlərdən biri ekoloji tarazlığın qorunmasıdır. Çoxlu yaşıllıq zonalarının, parkların salınması, piyada yürüşünə üstünlük verilməsi, avtomobil nəqliyyatından mümkün qədər az istifadə olunması.

Üçüncü, milli, mədəni və tarixi irsimizin qorunması məsələsidir ki, müasir şəhərdə tarixi-mədəni mərkəzin simbioz olaraq yaradılması və formalaşması olduqca vacibdir.

Nəhayət, dördüncü. Müasir iş yerləri və insanlar üçün ləyaqətli həyat şəraitinin təmin olunmasıdır".

Emin Hüseynovun sözlərinə görə, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın adında da göründüyü kimi, söhbət sadəcə böyük qayıdışdan deyil, həm də ləyaqətli qayıdışdan gedir.

"Bunun üçün insanlar üçün sadəcə evlər tikilmir, onların iş və həyat üçün bütün şəraitin yaradılması çox önəmlidir. Bütün bunlar bir layihədə və Baş Planda öz təcəssümünü tapırsa, sözsüz ki, bu, "ağıllı şəhər"dir", - deyə o bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax