Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qobustanda yeni körpü tikilir

1 dəq
Paylaş:
Qobustanda yeni körpü tikilir

Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi yolunun 55-ci kilometrliyində, Bakının rayonunun qəsəbəsində keçən hissədə qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Məlumata əsasən, hazırda ərazidə svay vurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür.

1980-ci illərdə inşa edilmiş 3 aşırımlı körpünün Bakı istiqamətindəki 3-cü aşırımında aşırım tirinin sınaraq çökməsi hadisəsi qeydə alınıb. İlkin texniki qiymətləndirmələr nəticəsində körpünün artıq istismar üçün yararsız vəziyyətdə olduğu müəyyən edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İnfrastruktur

Hamısına bax