Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Yeni səfir Bakıya gəliş tarixini rəsmən açıqladı

1 dəq
Paylaş:
Yeni səfir Bakıya gəliş tarixini rəsmən açıqladı

(Etienne Berchtold) Avstriyanın Azərbaycandakı yeni səfiri təyin edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Avstriyanın Bakıdakı səfirliyindən məlumat verilib.

"Etyen Berxtoldun avqustun sonunda Avstriyanın Azərbaycandakı missiyasının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir", - səfirlikdən vurğulanıb.

Qeyd edilib ki, Azərbaycana təyin edilməzdən əvvəl Berxtold Avstriyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsində (2022-ci ilin avqustundan - red.) çalışıb.

O, daha əvvəl Avstriyanın Federal Kanslerliyində federal kanslerlər Karl Nehammer, Aleksandr Şallenberq və Sebastyan Kurtsun xarici və Avropa siyasəti məsələləri üzrə katibi kimi işləyib.

E.Berxtold ixtisasca hüquqşünasdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax