Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Netanyahu: ABŞ-İran atəşkəsi Livana şamil edilməyəcək

2 dəq
Paylaş:
Netanyahu: ABŞ-İran atəşkəsi Livana şamil edilməyəcək

İsrailin Binyamin , İran arasında əldə olunan müvəqqəti atəşkəs haqqında razılaşmanın Livan ərazisinə edilmədiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail hökumət başçısının dəftərxanasının ABŞ Prezidenti Trampın zərbələrin dayandırılmasını elan etməsindən bir neçə saat sonra yaydığı bəyanatda deyilir. İki həftəlik atəşkəs rejiminin Livan ərazisini əhatə etmədiyi xüsusilə qeyd edilib.

Bəyanata əsasən, Təl-Əviv; Tehranın dərhal boğazları açması, ABŞ, İsrail və region dövlətlərinə qarşı hücumları dayandırması şərti ilə Vaşinqtonun İrana endirilən zərbələri iki həftə müddətinə dayandırmaq qərarını alqışlayır. Sənəddə həmçinin qeyd olunur ki, İsrail, Ağ Evin İranın bir daha ABŞ, İsrail, İranın ərəb qonşuları və bütün dünya üçün nüvə, raket və terror təhlükəsi yaratmamasına yönəlmiş səylərini dəstəkləyir.

Bununla yanaşı, Netanyahunun dəftərxanasından vurğulanıb ki, Amerika tərəfi qarşıdan gələn danışıqlar zamanı bu məqsədlərə nail olmaq niyyəti barədə İsraili məlumatlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax