ABŞ Prezidenti Donald Tramp və İspaniyanın Baş naziri Pedro Sançes 2026-cı il Dünya Çempionatının finalı zamanı ilk dəfə bir araya gəliblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçirilən final qarşılaşmasını tribunadan izləyən liderlər protokol tribunasında qısa söhbət edərək əl sıxıblar.
Məlumata görə, bu görüş son dövrlərdə, xüsusilə NATO çərçivəsində müdafiə xərcləri və İran məsələsi ilə bağlı fikir ayrılıqları fonunda iki lider arasında baş tutan ilk təmas olub.
Qeyd edək ki, Donald Tramp dəfələrlə İspaniyanı NATO-nun müdafiə xərcləri ilə bağlı hədəflərini yerinə yetirməməkdə ittiham edib və Madridə qarşı ticarət sanksiyaları tətbiq etməklə hədələyib.