"Neftçi" klubu 13 min manat cərimələnib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, buna Misli Premyer Liqasının XXIX turunda "Qarabağ"la oyunda yaşananlar səbəb olub.
Matçın 90+3-cü dəqiqəsində komandanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə altıncı dəfə təkrarlandığına görə "ağ-qaralar" 5 000 manat ödəyəcək.
Bundan əlavə, fanatlar kütləvi şəkildə təhriqamiz ifadələr səsləndirdikləri üçün klubu 8 000 manat ziyana salıblar. Bu hal mövsümdə səkkizinci dəfə yaşanıb.
"Qarabağ" isə tərəfdarların pirotexniki vasitədən istifadəsinə görə 7 000 manat cərimələnib.