Nazirlik sözçüsü: "İnsanlar sel hadisəsi ilə bağlı xəbərdarlıqlara əməl etmirlər"

Nazirlik sözçüsü: "İnsanlar sel hadisəsi ilə bağlı xəbərdarlıqlara əməl etmirlər"
01.06.2023 14:09
Aa
dəq

"Hidrometeoroloqlar tərəfindən verilən hava proqnozlarına, xəbərdarlıqlara, çaylardakı sel-daşqın təhlükəsi ilə bağlı əhaliyə edilən müraciətlərə baxmayaraq təəssüf ki, bəzən vətəndaşlarımız tərəfindən hava haqqında verilən xəbərdarlıqlara məhəl qoyulmur, güclü külək və sel-daşqın təhlükəsinin fərqinə varılmır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

O, hava şəraiti ilə bağlı əhalinin ehtiyatlı davranmaları üçün zəruri məqamları açıqlayıb.

"Vətəndaşlardan artıq dərəcədə xahiş edirik ki, hazırki gursululuq dövrünü nəzərə alaraq hava durumu ilə bağlı məlumatlara diqqətlə yanaşsınlar, sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlara ciddi əməl etsinlər. Dağlıq və dağətəyi ərazilərdə sel və daşqın olması ehtimalını nəzərə alaraq vətəndaşlarımızın çayların keçdiyi ərazilərə yaxın yerlərdə sululuğun artdığı müddətdə orada olması tövsiyə edilmir. Çünki çayların məcrasına yaxın ərazilər daim təhlükəli yerlərdir. Çayların məcrasına yaxın, yaxud onun kənarlarında müvəqqəti və ya daimi yerləşməsinlər, piknik üçün bu əraziləri seçməsinlər, mal-qaranın çay məcrası istiqamətinə yönəldilməsinə yol verməsinlər”.

İ.İbrahimovanın sözlərinə görə, təəssüf ki, insanlar sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmırlar, təhlükənin ciddiliyini nəzərə almırlar, sel prosesini yaxından izləyirlər, ərazini tərk etmək əvəzinə hətta “selfie” çəkirlər. Düşünmürlər ki, bu, çox təhlükəlidir. Axın hər an istiqamətini dəyişə bilər. Bir daha bildirirəm, xəbərdarlıqlar ciddiyə alınmalı, sel-daşqın hadisəsi başlayan kimi dərhal ərazi tərk edilməlidir.

Nazirlik sözçüsü onu da bildirib ki, küləkli havada uşaqlar nəzarətsiz buraxılmamalı, nəqliyyat vasitələri iri gövdəli ağacların altında saxlanılmamalıdır. Çünki güclü külək nəticəsində hətta sağlam, irigövdəli ağacların belə aşma, budaqlarının sınma təhlükəsi var”, - deyə qurum rəsmisi qeyd edib.
İ.İbrahimova bildirib ki, hava şəraiti ilə əlaqədar ictimaiyyətə mütəmadi yenilənmiş məlumatlar təqdim olunacaq.

Həftənin ən çox oxunanları

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb

Bakıda qəzaya düşən avtomobil yanıb, yolda sıxlıq yaranıb
DAVAMIN OXU davamın oxu

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb

Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıb
DAVAMIN OXU davamın oxu

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
DAVAMIN OXU davamın oxu

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB

Bakıda 19 yaşlı gənc bıçaqlanıb, şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub

Bakıda iki nəfərə qarşı 20 min manat dələduzluqda şübhəli bilinən şəxs tutulub
DAVAMIN OXU davamın oxu