Operativ Məlumat Mərkəzi

Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb

1 dəq
Paylaş:
Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı artıb
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 1 938 yeni vergi ödəyicisi qeydiyyata alınıb.  "Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət...

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 1 938 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Vergi Xidmətinə istinadən verdiyi xəbərə görə, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,2 dəfə artıb.

Bunların 87,6 %-i fiziki, 12,4 %-i hüquqi şəxslər və digər təşkilatlar olub ki, bu da fiziki şəxslərin sayının 2 dəfə, hüquqi şəxslərin sayının isə 30 dəfə artması deməkdir.

Cari ilin 4 ayında kommersiya qurumlarının 52 %-i elektron qaydada, 48 %-i isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər