Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qərbdə Tramp və Zelenskinin görüşünün uğurlu olacağına şübhə ilə yanaşırlar

2 dəq
Paylaş:
Qərbdə Tramp və Zelenskinin görüşünün uğurlu olacağına şübhə ilə yanaşırlar

ABŞ Prezidenti Prezidenti arasında çərçivəsində keçirilməsi planlaşdırılan görüşün nəticələri ilə bağlı Qərbdə qeyri-müəyyənlik hökm sürür.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatlı mənbələrə istinadən yaydığı xəbərə görə, iki lider arasında baş tutacaq danışıqların uğurlu nəticələnəcəyi ilə bağlı nikbin gözləntilər azdır.

Məlumata görə, tərəflər arasında konstruktiv dialoqun mümkün olduğunu qeyd etsələr də, Donald Trampın siyasi qərarlarında və açıqlamalarında müşahidə olunan dəyişkənlik görüşün gedişatı ilə bağlı suallar yaradır.

Bildirilib ki, ABŞ Prezidentinin son dövrlərdə Ukrayna rəhbərliyinə qarşı ritorikasını yumşaltmasına baxmayaraq, Avropa ölkələri danışıqların nəticələri ilə bağlı ehtiyatlı mövqedə qalırlar.

Jurnalist Aleks Xristoforunun fikrincə isə, NATO sammitində keçiriləcək görüş Vladimir Zelenski üçün gözlənilməz nəticələrə səbəb ola bilər. O, danışıqların Ukrayna lideri üçün siyasi baxımdan çətin vəziyyət yarada biləcəyini və hətta uğursuzluqla nəticələnə biləcəyini istisna etməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax