Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

2025-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpasına 4,4 milyard manatdan çox vəsait ayrılıb

2 dəq
Paylaş:
2025-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpasına 4,4 milyard manatdan çox vəsait ayrılıb

2025-ci il üzrə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 4 milyard 465,7 yönəldilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, vəsaitin əsas hissəsi birbaşa bərpa və yenidənqurma layihələrinin maliyyələşdirilməsinə sərf olunub. Belə ki, ümumi məbləğin 3 milyard 781,9 milyon və ya 84,7 faizi məhz bu məqsədlər üçün nəzərdə tutulmuş məqsədli vəsaitin payına düşüb.

Məlumata əsasən, ayrılan vəsaitin 373,2 milyon manatı (8,3 faiz) dövlət büdcəsinin ehtiyat fondundan, 258,5 milyon manatı (5,8 faiz) dövlət əsaslı vəsait qoyuluşu – investisiya xərcləri üzrə, 52,1 milyon manatı (1,2 faiz) isə dövlət büdcəsinin digər ehtiyatları hesabına təmin edilib.

Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsindən işğaldan azad ərazilərin yenidən qurulması və bərpası üçün 4 milyard 855,8 milyon manat vəsait ayrılmışdı. Bu isə 2025-ci ildə ayrılan vəsaitin əvvəlki illə müqayisədə nisbətən az olduğunu göstərir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Maliyyə

Hamısına bax