Dumanlı hava səbəbindən Zığ dairəsi-Hava Limanı və Heydər Əliyev prospekti-Mərdəkan-Zuğulba-Bilgəh yollarında endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən mçəlumat verilib.
Bildirilib ki, NİİM hava şəraitindən asılı olaraq yollardakı vəziyyətlə bağlı hərəkət iştirakçılarının operativ məlumatlandırılmasını təmin edəcək.