Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Şahdağa qar yağdı, rayonlarda yağış müşahidə olunur

2 dəq
Paylaş:
Şahdağa qar yağdı, rayonlarda yağış müşahidə olunur

Saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi rayonlarında arabir şimşək çaxır, yağır, Şahdağa qar yağması müşahidə olunur.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qar örtüyünün hündürlüyü Şahdağda 81 sm-dir.

Yağıntının Şahbuzda 9, Qax (Sarıbaş) və Balakəndə 6, Tovuz və Naxçıvanda 4, Şəki, Oğuz, Culfa, Lənkəran, Daşkəsən, İsmayıllı, , Qəbələ, Qusar, Quba, Mingəçevir, Göyçay, İmişli, Biləsuvar, Gədəbəy, Ağstafa, Gəncə, Naftalan, Şəmkir, Astara, Şərur, Ordubad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dir.

Aprelin 11-də şimal-qərb əsib, küləyin maksimal sürəti arabir Bərdədə 16, Culfada 15 m/s-dək güclənib.

Bakıda və yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Xızı, Qusar, Xaltan, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax