Monteneqro Prezidenti Yakov Milatoviç cari ilin sonunda Azərbaycana rəsmi səfər etməyi planlaşdırır. Bu barədə məlumat dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyevə 28 May - Müstəqillik Günü münasibətilə göndərdiyi təbrik məktubunda yer alıb.
Yakov Milatoviç məktubunda səfəri səbirsizliklə gözlədiyini bildirib: "Bu ilin sonunda ölkənizə rəsmi səfər etməyi səbirsizliklə gözləyirəm. Bu səfər zamanı birbaşa ünsiyyət vasitəsilə dövlətlərarası münasibətlərimizin inkişafı üçün gələcək istiqamətlər barədə fikir mübadiləsi apara bilərik".