Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mirziyoyev və Ərdoğan strateji tərəfdaşlığı müzakirə etdilər

2 dəq
Paylaş:
Mirziyoyev və Ərdoğan strateji tərəfdaşlığı müzakirə etdilər

Özbəkistan və Türkiyə prezidentləri Şavkat və Rəcəb Tayyib Ərdoğan Türküstanda Təşkilatının (TDT) qeyri-rəsmi sammiti çərçivəsindəki görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, tərəflər Özbəkistan və Türkiyə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsini, eləcə də ali səviyyədə əldə olunmuş razılaşmaların praktiki icrasını müzakirə ediblər.

Qeyd olunub ki, cari ilin yanvar ayında Şavkat Mirziyoyevin Ankaraya səfərindən sonra ikitərəfli münasibətlər yeni səviyyəyə yüksəlib, nazirliklər və idarələr arasında güclənib, daha səmərəli qarşılıqlı fəaliyyət sistemi yaradılıb.

Liderlər həmçinin vurğulayıblar ki, cari ilin əvvəlindən ölkələr arasında qarşılıqlı əmtəə dövriyyəsinin həcmində, birgə müəssisələrin və aviareyslərin sayında dinamik artım müşahidə olunur. Türkiyə şirkətlərinin iştirakı ilə möhkəm layihələr portfeli formalaşdırılıb və ardıcıl olaraq həyata keçirilir.

Daha sonra liderlər gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax