Qlobal əmtəə bazarlarında neftin qiymətində təxminən 1 dollarlıq ucuzlaşma müşahidə olunub. Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarət əməliyyatlarında ABŞ-ın WTI markalı neftinin iyul fyuçersləri 0,94% və ya 0,84 ABŞ dolları dəyər itirərək bir barel üçün 88,06 ABŞ dollarına bərabər olub.
Londonun Qitələrarası Birjasında (ICE) isə Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,76% və ya 0,71 ABŞ dolları azalaraq 93,00 ABŞ dolları təşkil edib.
Ekspertlərin rəyinə görə, qiymətlərin aşağı düşməsinə aşağıdakı amillər təsir göstərib:
- ABŞ və İran arasında gərginliyin azalacağı ilə bağlı gözləntilər;
- Hörmüz boğazında neft tədarükünün normallaşması ehtimalı.
Qeyd olunan faktorlar bazarda təkliflə bağlı risklərin azalacağı barədə proqnozları gücləndirib.