Çexiya millisinin baş məşqçisi Miroslav Kubek Cənubi Koreya ilə keçirilən oyundan sonra Dünya Kuboku tarixinin ən yaşlı baş məşqçisi kimi tarixə düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı beynəlxalq idman mediasında məlumat yayılıb.
Məlumata görə, qarşılaşmanın keçirildiyi gün təcrübəli mütəxəssisin 74 yaş 9 ayı tamam olub və o, bununla da turnir tarixinin ən yaşlı baş məşqçisi rekordunu yeniləyib.
Qeyd olunub ki, əvvəlki rekord Cənubi Afrika millisinin sabiq baş məşqçisi Hüqo Brosa məxsus idi.
Bildirilib ki, Kubekin rekordu uzunömürlü olmaya bilər. Belə ki, Kyurasao millisinin baş məşqçisi, niderlandlı Dik Advokat 2026-cı ilin sentyabrında 79 yaşını qeyd edəcək.
Meksikanın Zapopan şəhərində keçirilən oyunda isə Cənubi Koreya millisi Çexiyanı 2:1 hesabı ilə məğlub edib.
Matçda hesabı 59-cu dəqiqədə Ladislav Kreyçi açsa da, daha sonra Hvanq İn-bom və Oh Hyun-kyunun qolları koreyalılara qələbə qazandırıb.
Həmçinin qeyd olunub ki, Cənubi Koreyanın ikinci qolundan üç dəqiqə əvvəl Çexiya millisinin vurduğu qol ofsayd səbəbindən qeydə alınmayıb.