Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Müdafiə Nazirliyi media nümayəndələri üçün təlim keçirdi

2 dəq
Paylaş:
Müdafiə Nazirliyi media nümayəndələri üçün təlim keçirdi

Müdafiə Nazirliyinin və İctimaiyyətlə İdarəsində Nazirliyin, Medianın İnkişafı Agentliyinin və nümayəndələrinin iştirakı ilə -treninq keçirilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi - mətbuat katibi polkovnik Anar Eyvazov çıxış edərək Müdafiə Nazirliyinin Kommunikasiya Strategiyası və tədbirin məqsədi barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Təlim-treninqin əvvəlində iştirakçılar "İnformasiya təhlükəsizliyi, dövlət sirrinin qorunması", "Dezinformasiyaya qarşı mübarizə və böhran kommunikasiyası", "Ordu-cəmiyyət münasibətləri, vətənpərvərlik təbliği və ictimai diplomatiya", "Media ilə qarşılıqlı fəaliyyət, ictimai nəzarət və sosial məsuliyyət", " etik normalar və peşə məsuliyyəti" və digər mövzularda nəzəri biliklərə yiyələniblər.

Sonra media nümayəndələri Quru Qoşunları, Hərbi Hava və Hərbi Dəniz qüvvələrinin hərbi hissələrində şəxsi heyətin gündəlik fəaliyyətini izləyib və yaradılan şəraitlə yaxından tanış olublar.

Hərbi hissələrə səfər zamanı bölmələrin arsenalında olan müasir silah və döyüş texnikası qonaqlara təqdim edilib.

Təlim-treninqin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənildikdən sonra iştirakçılara sertifikatlar təqdim olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax