Operativ Məlumat Mərkəzi

Milli Məclisdə "Yaşıl Qarabağ" adlı beynəlxalq konfrans keçiriləcək

2 dəq
Paylaş:
Milli Məclisdə "Yaşıl Qarabağ" adlı beynəlxalq konfrans keçiriləcək

Milli Məclisin İnsan Hüquqları Komitəsində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində bir sıra tədbirlər keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Komitənin payız sessiyası üçün nəzərdə tutulmuş iş planında yer alıb.

Belə ki, sessiya müddətində “Milli Parlamentlər, ekoloji insan hüquqları və davamlı inkişaf - "Yaşıl Qarabağ" adlı beynəlxalq konfrans keçiriləcək. Konfransda türk dövlətləri, həmçinin xarici ölkə parlamentlərinin insan hüquqları komitələrinin iştirakı gözlənilir.

Həmçinin ekoloji profilli QHT-lər və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ekoloji insan hüquqları mövzusunda müzakirələrin aparılması nəzərdə tutulur.

Eyni zamanda, COP29-ekoloji və milli iqlim qanunvericiliyi, dünya təcrübəsinin müqayisəli təhlili və Azərbaycan mövzusunda müzakirənin keçirilməsi də diqqət mərkəzində olacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər