Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iclasın gündəliyinə Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyasının təsdiqi və yeni hazırlanan "Uşaq hüquqları haqqında" qanun layihəsi daxil edilib. Müzakirəyə ümumilikdə 12 məsələ çıxarılıb.
İclasa parlamentin spikeri Sahibə Qafarova sədrlik edir.