Operativ Məlumat Mərkəzi

Mikayıl Cabbarov: “Bu il əmək müqavilələrinin sayı 26 minə qədər artıb”

1 dəq
Paylaş:
Mikayıl Cabbarov: “Bu il əmək müqavilələrinin sayı 26 minə qədər artıb”
bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Qeyri-neft-qaz sektorunun özəl bölməsində bağlanmış...

Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 26 minədək artıb və bunun 23 mindən çoxu qeyri-neft-qaz özəl sektorda qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Qeyri-neft-qaz sektorunun özəl bölməsində bağlanmış müqavilələrin sayı dövlət sektorundakı (neft-qaz sektoru istisna olmaqla) müvafiq göstəricini 59 min vahid qabaqlayaraq ümumi əmək müqavilələrində 50%-i keçib. İş yerlərinin rəsmiləşdirilməsinin təmin edilməsi istiqamətində islahatın başladığı 2019-cu ildən indiyədək işçilərlə işəgötürənlər arasında bağlanmış əmək müqavilələrinin sayı 432 mindən çox, qeyri-neft-qaz sektorunun özəl bölməsində isə 381 mindən çox artıb.”-deyə Mikayıl Cabbarov bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər