Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

XİN: 2020-ci ildən bu yana 72 nəfər mina qurbanı olub

1 dəq
Paylaş:
XİN: 2020-ci ildən bu yana 72 nəfər mina qurbanı olub

Xarici İşlər Nazirliyi (XİN) tərəfindən yayılan məlumata görə, 2020-ci ilin müharibəsi bitdikdən bəri ümumilikdə 419 azərbaycanlı olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, onlardan 72 nəfər həlak olub, 347 nəfər isə yaralanıb.

Nazirlik dünən baş verən mina hadisəsində həlak olan vətəndaş mövzusuna da toxunaraq, minaların hələ də dinc sakinlər üçün ciddi təhlükə yaratdığını vurğulayıb.

“Bu vəziyyət keçmiş məcburi köçkünlərin təhlükəsiz qaytarılmasını, eləcə də davam edən bərpa işlərini əngəlləyir. Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıtmasını təmin etmək məqsədilə minalardan təmizləmə işlərinə sadiqdir və bu məqsədlə tərəfdaşların güc birliyi ilə dəstək göstərməsini gözləyir” - deyə, rəsmi açıqlamada bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax