Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) tərəfindən yayılan məlumata görə, 2020-ci ilin müharibəsi bitdikdən bəri ümumilikdə 419 azərbaycanlı mina qurbanı olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, onlardan 72 nəfər həlak olub, 347 nəfər isə ağır yaralanıb.
Nazirlik dünən baş verən mina hadisəsində həlak olan vətəndaş mövzusuna da toxunaraq, minaların hələ də dinc sakinlər üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
“Bu vəziyyət keçmiş məcburi köçkünlərin təhlükəsiz qaytarılmasını, eləcə də davam edən bərpa işlərini əngəlləyir. Azərbaycan vətəndaşlarının azad edilmiş torpaqlara təhlükəsiz və davamlı qayıtmasını təmin etmək məqsədilə minalardan təmizləmə işlərinə sadiqdir və bu məqsədlə beynəlxalq tərəfdaşların güc birliyi ilə dəstək göstərməsini gözləyir” - deyə, rəsmi açıqlamada bildirilir.