"Meta" şirkəti "Facebook" və "İnstagram" üçün çatbot dəstəyi gətirəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Bildirilir ki, süni intellektlə işləyən bu yeni botlar fərqli şəxsiyyətlərə malik olacaq.
Bu botların istifadəçilərin suallarını cavablandırmaq və onlarla interaktiv şəkildə ünsiyyət qurmaq imkanına malik olması nəzərdə tutulur. Bundan əlavə, botların mesaj yaratmaqda bacarıqlı olacağı bildirilir.