Messi maliyyə tələblərini dəyişib

Messi maliyyə tələblərini dəyişib
17.03.2023 11:45
Aa
dəq

PSJ və hücumçu Lionel Messi arasında yeni müqavilə ilə bağlı danışıqlarda qeyri-müəyyənlik yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Marca"-ya istinadən xəbər verir ki, argentinalı futbolçunun maliyyə tələbləri DÇ-2022-dən sonra dəyişib. Onun atası və agenti ilə klubun idman direktoru Luis Kampos görüşüb. Lakin heç bir razılıq əldə edilməyib və görüş nəticəsiz yekunlaşıb.

Liqa 1 təmsilçisi UEFA Çempionlar Liqasının 1/8 finalında iki oyunun nəticəsinə əsasən, “Bayern”ə məğlub olduqdan sonra Messinin və müqaviləsi başa çatacaq digər oyunçuların klubdakı gələcək taleyi rəhbərliyi ciddi düşünməyə vadar edib.

Son dünya çempionu indiyə qədər Səudiyyə Ərəbistanı klublarının onunla maraqlanmasından xəbərsiz olub. Messinin atası bu yaxınlarda Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə gedib. Amma həmin səfər Lionelin mümkün transferi ilə bağlı danışıqlara həsr edilməyib.

Digər maneə isə maliyyə feyr-pleyi məsələsi ilə bağlıdır. UEFA artıq Paris klubuna 2023/24 mövsümündə maaşların azaldılması barədə xəbərdarlıq edib. Buna baxmayaraq, PSJ rəhbərliyi Messi ilə müqaviləni uzatmaq üçün kifayət qədər pula sahib olduqlarına əmindir.

Həftənin ən çox oxunanları

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın

UEFA Millətlər Liqasında 9 oyuna 5 darmadağın
DAVAMIN OXU davamın oxu

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi

Şahruddin bu futbolçunu “Qarabağ”a gətirdi
DAVAMIN OXU davamın oxu

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək

Kovaçiç Səudiyyə Ərəbistanı klubuna keçməyəcək
DAVAMIN OXU davamın oxu

Simeone Amrabatı "Atletiko"da görmək istəyib

Simeone Amrabatı
DAVAMIN OXU davamın oxu

"Mançester Siti" və "Liverpul" bu futbolçu üçün mübarizə aparacaqlar

DAVAMIN OXU davamın oxu