Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

MEDİA və İsƏT əməkdaşlığı müzakirə etdi

2 dəq
Paylaş:
MEDİA və İsƏT əməkdaşlığı müzakirə etdi

Medianın İnkişafı Agentliyində (MEDİA) İslam Təşkilatının (İsƏT) Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.

Görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qlobal informasiya məkanında sürətlə dəyişən çağırışlar fonunda qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

O bildirib ki, saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizədə təcrübə mübadiləsinin təşkili, media və savadlılığın , eləcə də dezinformasiya, yanlış məlumatlandırma və nifrət nitqinə qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi xüsusi önəm daşıyır.

İsƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru Məhəmməd Əl-Yami rəqəmsal transformasiya dövründə innovativ texnologiyaların, xüsusilə alətlərinin media sahəsində məsuliyyətli və şəffaf istifadəsinin əhəmiyyətinə diqqət çəkib.

O bildirib ki, kontentin hazırlanması, yoxlanılması və idarə olunmasında yeni texnologiyaların tətbiqi peşəkar jurnalistika prinsiplərinə və etik standartlara uyğun şəkildə həyata keçirilməlidir.

Görüş zamanı media savadlılığının artırılması, informasiya təhlükəsizliyinin təşviqi, media sahəsində innovativ həllərin tətbiqi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax