Hazırda "Mançester Yunayted" klubundan icarə əsasında "Barselona"da çıxış edən vinger Markus Reşford "Tottenhem"in maraq dairəsinə düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Roberto De Dzerbi bu transferin reallaşmasında israrlıdır.
Futbolçunun gələcəyi hələlik qeyri-müəyyən olaraq qalır. Reşford özü Kataloniyada qalmaq istəsə də, klub rəhbərliyi satınalma şərtləri üzrə razılığa gələ bilmir.
"TEAMtalk" nəşrinin məlumatına görə, "Tottenhem" məhz bu vəziyyətdən istifadə etməyi planlaşdırır.
28 yaşlı hücumçunun London klubunun yeni oyun fəlsəfəsinə uyğun gəldiyi düşünülür, lakin onu bu keçidə razı salmaq asan olmayacaq.
"Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, oyunçunun bazar dəyəri 40 milyon avro təşkil edir. Lakin "Tottenhem"in bu məbləğdən daha çox ödəməyə hazır olduğu bildirilir.