Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Mark Rutte: Bəzi NATO ölkələri ABŞ sınağından keçə bilməyib

2 dəq
Paylaş:
Mark Rutte: Bəzi NATO ölkələri ABŞ sınağından keçə bilməyib

NATO-nun Mark bəzi NATO ölkələrinin ABŞ-nin sınağından keçə bilmədiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Rutte açıqlamanı Ağ Evdə ABŞ Prezidenti Trampla görüşdən sonra CNN-ə verdiyi müsahibədə deyib.

Vaşinqton dəfələrlə NATO müttəfiqlərini İrana qarşı müharibə zamanı onu dəstəkləmədiklərinə görə tənqid edib. Rutte ABŞ Prezidentinin qiymətləndirməsi ilə razı olub-olmadığı soruşulduqda deyib: "Bəziləri, bəli, amma əksər Avropa ölkələri əvvəllər oxşar hallarda vəd etdiklərini ediblər və biz bunu bu gün müzakirə etdik".

Rutte əlavə edib ki, Trampla "səmimi və açıq" müzakirə aparıb və ABŞ müttəfiqlərindən məyus olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Avropa ölkələri logistika və digər məsələlərdə kömək göstəriblər.

Ağ Evin katibi Kerolin Levitin də əvvəllər bildirmişdi ki, Amerika lideri İrana qarşı ABŞ-İsrail müharibəsinin NATO üçün bir sınaq olduğunu və NATO-nun bu sınaqdan keçə bilmədiyini düşünür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax