İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “qırmızı şeytanlar” “Çelsi”nin braziliyalı yarımmüdafiəçisi Andrey Santosun transferini rəsmən açıqlayıb.
Klubun yaydığı məlumata görə, 22 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzalanıb. Razılaşmaya əsasən, tərəflər müqaviləni daha bir mövsüm uzatmaq hüququna da malik olacaqlar.
Qeyri-rəsmi məlumata görə, “Mançester Yunayted” bu transfer üçün “Çelsi”yə təxminən 58,5 milyon avro ödəyib.
Qeyd edək ki, Andrey Santos 2023-cü ildə Braziliyanın “Vasko da Qama” klubundan “Çelsi”yə transfer olunmuşdu. O, London təmsilçisinin heyətində keçirdiyi 47 rəsmi oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.