"Xüsusi əməliyyat" başlayanda rus bölmələri Belarusdan Ukraynaya hücuma keçdilər"
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O, bildirib ki, "xüsusi hərbi əməliyyat" başlamazdan əvvəl, Kiyev Belarusla sərhəd yaxınlığında raket bölmələrini, o cümlədən “Toçka-U” bölmələri yerləşdirib.
"Amma Rusiya bölmələri həmin nöqtələri məhv etdi", - deyə Lukaşenko əlavə edib.