Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin müharibəyə hazırlaşdığını, lakin döyüşmək istəmədiyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini Belarusun BelTA agentliyi yayıb.
“Bizim döyüşmək istədiyimizə inanmayın. Biz müharibəyə hazırlaşırıq, bunu açıq deyirəm. “Sülh istəyirsənsə, müharibəyə hazırlaş” – bu haqda düşünməmişəm. Bu, çox dəqiq deyilib”, - Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı deyib.
O qeyd edib ki, Belarusda lazımi hazırlıq işləri görülüb, qoşunlara müxtəlif silah və texnikalar verilib.