Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 3000 nəfərə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, təbii fəlakət nəticəsində itkin düşənlərin sayı minlərlədir.
Hökumət "Daniel" siklonunun yaratdığı fəlakətli daşqın və yağışdan zərər çəkmiş şərq bölgələrində fövqəladə vəziyyət elan edib.
10:18***
Liviyada “Daniel” qasırğası nəticəsində ölənlərin sayı 2 800-ə çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Liviyanın Qızıl Aypara Cəmiyyətindən bildirilib.
“Qızıl Aypara Cəmiyyətinin bütün şöbələrindən toplanan ümumi statistika 2 800 ölümdür”, - deyə məlumatda qeyd olunub.