Misirli ulduz futbolçu Məhəmməd Salahın cari mövsümün sonunda "Liverpul" klubunu tərk edəcəyi gözlənilir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Lequipe" nəşrinə istinadən xəbər verir ki, İngiltərə nəhənginin rəhbərliyi artıq afrikalı hücumçunun yerinə layiqli namizəd axtarışlarına fəal şəkildə başlayıb.
Mersisayd təmsilçisinin diqqət mərkəzinə "Monako" klubunun hücumameyilli yarımmüdafiəçisi Maqnes Akliuş düşüb. Ehtimal olunan transferin dəyəri təqribən 50 milyon avro olaraq qiymətləndirilir.
Lakin bu mübarizədə "Liverpul" tək deyil, Londonun "Tottenhem" klubu da gənc istedadı öz heyətinə qatmaq üçün rəqabət aparır.
Fransa təmsilçisi ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədə olan Maqnes, cari mövsümdə diqqətçəkən performans nümayiş etdirib. O, "Monako" forması ilə çıxdığı 42 qarşılaşmada 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.