İngiltərənin "Liverpul" klubu cari mövsümün sonunda komandanı tərk edəcək Məhəmməd Salahın yerinə uyğun namizəd axtarışlarını davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir ki, əsas hədəflərdən biri "Hoffenhaym" klubunun vingeri Bazumana Turedir.
20 yaşlı Kot-d'İvuar millisinin üzvü hazırda öz klubunun ən yaxşı assistentidir. O, çıxış etdiyi 24 matçda 8 məhsuldar ötürmə edib və 2 qol vurub.
Məlumata görə, "Hoffenhaym" rəhbərliyi gənc istedadla 40 milyon avro müqabilində yollarını ayırmağa hazırdır.