İngiltərənin "Liverpul" klubu yay transfer pəncərəsində yarımmüdafiəçisi Körtis Consla yollarını ayırmağa hazırlaşır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, ingilis futbolçunun müqaviləsi 2027-ci ilin ortalarında başa çatsa da, tərəflər arasında müddətin uzadılması ilə bağlı aparılan danışıqlar hələ ki, heç bir nəticə verməyib.
25 yaşlı oyunçunun qarşıdan gələn mövsümlərarası fasilədə komandanı tərk etmə ehtimalı olduqca yüksəkdir.
Qış transfer pəncərəsində də futbolçuya iddia edən İtaliyanın "İnter" klubu hazırda onun xidmətində yaxından maraqlanır.
Eyni zamanda, adları açıqlanmayan bir neçə Premyer Liqa təmsilçisi də bu transfer uğrunda mübarizəyə qoşulub.
Məlumata görə, "Transfermarkt" portalı Körtis Consun transfer dəyərini 35 milyon avro olaraq qiymətləndirir.
Cari mövsümdə xavbek "Liverpul" forması ilə bütün turnirlərdə ümumilikdə 45 matça çıxaraq, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.