Operativ Məlumat Mərkəzi

Lisey və gimnaziyalara sənədlərin qəbuluna başlanılır

1 dəq
Paylaş:
Lisey və gimnaziyalara sənədlərin qəbuluna başlanılır
Bu gündən lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır. Bu barədə "Operativ Məlumat...

Bu gündən lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin qəbuluna başlanılır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Valideyn və ya qanuni nümayəndə övladının şəxsi işlərini avqustun 7-si saat 15:00-dan avqustun 17-si saat 15:00-dək qəbul olunduğu cari müəssisəyə təqdim etməlidir.

Bu vaxt ərzində sənədlər lisey və ya gimnaziyalara təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılır və həmin yer II mərhələ üçün vakant olaraq təqdim edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər