Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi

2 dəq
Paylaş:
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi

Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə Leyla Əliyeva şəhidin xatirə guşəsi ilə tanış olub.

Daha sonra şəhidin anası Nərgiz Allahyarova ilə söhbət edib, onun oğlu haqqında xatirələrini dinləyib. Görüş zamanı şəhidin həyatının müxtəlif dövrlərini əks etdirən şəkillərə baxılıb, Vətən müharibəsi dövründə ailə üzvlərinə göndərdiyi videoçarx izlənilib.

N.Allahyarova şəhid ailələrinə diqqət və qayğıdan məmnunluq ifadə edib. O, dövlətimizin başçısına və ailə üzvlərinə minnətdarlığını bildirərək, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

Leyla Əliyeva şəhidin ailə üzvlərinə hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Ordusunun baş giziri Şahin Allahyarov 2020-ci ildə 44 günlük Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Qəhrəman hərbçi noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub və Quba rayonunda dəfn edilib.

Döyüşlər zamanı göstərdiyi igidliyə görə İlham Əliyevin Sərəncamına əsasən, Şahin Allahyarov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı ilə təltif olunub.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax