Livan ordusu qoşunlarının əksəriyyətinin bəzi sərhəd şəhərlərindən geri çəkildiyini elan edib, İsrail qüvvələri isə ölkəyə qurudan hücumlarını davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə AP xəbər agentliyi məlumat yayıb.
Livan ordusunun açıqlamasında qoşunların yenidən yerləşdirildiyi bildirilib. Qoşunlar tədricən bir neçə sərhəd şəhərindən geri çəkilir. Rmeyx və Ayn Ebel xristian yaşayış məntəqələrinin sakinləri Livan ordusuna və rəhbərliyinə qalmalarını xahiş ediblər.
Hizbullah yaraqlıları ilə davam edən müharibə fonunda İsrail Livanın cənubunda, Litani çayına qədər təhlükəsizlik zonası elan edib və sakinlərin xəbərdarlıq edildikdən sonra geri qayıda biləcəklərini bildirib.
Qeyd edək ki, son bir ayda Livanda 1 milyondan çox insan didərgin düşüb.