Latviya hərbçilərini Rusiya ilə sərhəd infrastrukturunun qurulmasına cəlb edəcək

Latviya hərbçilərini Rusiya ilə sərhəd infrastrukturunun qurulmasına cəlb edəcək
20.11.2023 00:30
Aa
dəq

Latviya ölkənin Milli Silahlı Qüvvələrini Rusiya ilə quru sərhəddə təhlükəsizlik infrastrukturunun qurulmasına cəlb etməyi planlaşdırır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" “Delfi”yə istinadən xəbər verir.

Latviyanın Daxili İşlər Nazirliyi bildirib ki, sərhəd təhlükəsizliyi infrastrukturunun tikintisinin sürətini artırmaq məqsədilə inşaata Milli Silahlı Qüvvələrin resurslarının cəlb edilməsi imkanları nəzərdən keçirilib.

Hərbçilərin dəstəyi ilə uzunluğu müvafiq olaraq 11,07 km və 8,45 km olan iki hissənin inşa edilməsi planlaşdırılır.

Qeyd edək ki, sentyabrın 13-də Estoniya, Litva və Latviya Avropa Komissiyasının sanksiyalarla bağlı dəqiqləşdirmələrindən sonra Rusiya dövlət nömrə nişanlı avtomobilləri öz ərazilərinə buraxmayacaqlarını bəyan ediblər.

Belə ki, Rusiya qeydiyyatında olan avtomobillər sərhədə gəlsə, sürücü və sərnişinlər geri qayıtmağa məcbur olacaq və ya onlar müsadirə oluna biləcək avtomobilsiz sərhədi keçə biləcəklər.

Latviya polisi həmçinin avtomobillərində “rus dilində təxribat xarakterli yazılar olan” sürücüləri cərimələyəcəyi ilə hədələyib.

Həftənin ən çox oxunanları

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək

Bu gün Paris olimpiadasının açılış mərasimi keçiriləcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar

Azərbaycan stolüstü tennisçiləri Çinə yollanıblar
DAVAMIN OXU davamın oxu

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər

İdmançılar Parisdəki Olimpiya kəndində qida çatışmazlığından şikayətlənirlər
DAVAMIN OXU davamın oxu

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək

2030 Qış Olimpiya Oyunları Fransada keçiriləcək
DAVAMIN OXU davamın oxu

"Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək

DAVAMIN OXU davamın oxu