Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura bir oyunla start verilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün yeganə matçı Yevlaxda keçirilib. “Kəpəz” çempionatın autsayderi “Karvan-Yevlax”ın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turnir cədvəlində Gəncə təmsilçisi 21 xalla 10-cu, Yevlax klubu isə 11 xalla sonuncu – 12-ci pillədə yer alıb.
Qeyd edək ki, XXVII turun digər oyunları aprelin 11-12-də keçiriləcək.