Operativ Məlumat Mərkəzi

Küveyt Əmiri Prezident İlham Əliyevi təbrik edib

1 dəq
Paylaş:
Küveyt Əmiri Prezident İlham Əliyevi təbrik edib
təbrikdə deyilir: "Zati-aliləri. Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi...

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Prezident İlham Əliyevi təbrik edib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Dost Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasındakı möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər