Əsas məzmuna keç

Kuba ABŞ-nin iqtisadi blokadasından 8 milyard dollardan çox zərər görüb

Kuba ABŞ-nin iqtisadi blokadasından 8 milyard dollardan çox zərər görüb

XİN başçısı Bruno Rodriges Vaşinqtonun sanksiyalarını 'kollektiv cəza' adlandırıb. BMT-yə təqdim olunacaq hesabatda ərzaq və səhiyyə böhranı detalları var.

ru en

ABŞ-nin 2025-ci il martın 1-dən 2026-cı il fevralın 28-dək Kubaya tətbiq etdiyi iqtisadi blokadanın ölkəyə 8 milyard dollardan çox zərər vurduğu açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Kubanın naziri bildirib ki, bu, rekord göstəricidir və 2024-2025-ci illər üzrə hesabatda göstərilən rəqəmdən 7 faiz çoxdur.

Rodriges ABŞ-nin siyasətini Kuba xalqına qarşı "kollektiv cəza" kimi qiymətləndirib.

O bildirib ki, blokada yalnız hökumətə deyil, adi insanların gündəlik həyatına da ciddi təsir göstərir. Xüsusilə ərzaq təminatı, elektrik enerjisi, su təchizatı, səhiyyə, təhsil və sahələrində problemlərin daha da artdığı vurğulanıb.

Kuba Xarici İşlər Nazirliyinin məlumatına görə, 1960-cı ildə iqtisadi blokadanın tətbiqindən bu yana ölkəyə dəymiş ümumi zərər hazırkı qiymətlərlə 178,7 milyard dollara çatıb.

Rodrigesin təqdim etdiyi hesabat daha sonra BMT-nin Antonio Quterreşə göndəriləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…