İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) BƏƏ-dəki hərbi bazasına hücum zamanı ən azı 37 ABŞ hərbçisini öldürdüyünü iddia edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, dünən SEPAH-ın Hərbi Dəniz Qüvvələri BƏƏ-də amerikalı zabitlərin gizli toplaşdığı yerə hücum həyata keçirib.
"Nəticədə 37 nəfər dəqiq şəkildə öldürülüb, çox sayda insan yaralanaraq şəhər xəstəxanalarına çatdırılıb", - məlumatda deyilir.