Hazırda 3000-ə qədər gəmi Hörmüz boğazında blokadaya düşüb və hərəkət edə bilmir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Al Jazeera" nəşri məlumat yayıb.
"Lloyd's List"in statistikasına əsasən, martın 1-dən etibarən Hörmüz boğazında dəniz hərəkəti 94 faiz azalıb. Əvvəllər gündəlik təxminən 100 gəmi keçirdisə, hazırda yalnız İran tərəfindən müəyyən edilmiş marşrutlarla bir neçə gəmi hərəkət edə bilir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir neçə vəzifəli şəxs öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, həmçinin ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarını hədəf alıb. Hazırda Hörmüz boğazı ABŞ, İsrail və bu ölkələrin müttəfiqləri üçün tamamilə bloklanıb.