"Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri yaxın vaxtlarda baş tuta bilər, lakin səfərin dəqiq tarixi hələ müəyyən edilməyib".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Bu, yaxın vaxtlarda olacaq. Dəqiq tarixlər hələ yoxdur", - o qeyd edib.
Kremlin sözçüsü Paşinyanın səfərinin bu il ərzində baş tutacağını da təsdiqləyib.
Qeyd edək ki, Putin daha əvvəl Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Paşinyanla görüşüb. Görüş zamanı Ermənistanın Avrasiya İqtisadi İttifaqında üzvlüyü və ya Avropa İttifaqına qoşulması məsələsi ilə bağlı referendum keçirilməsi imkanları müzakirə olunub.
Danışıqların yekununda Putin Paşinyanı Rusiya-Ermənistan münasibətlərinin konkret məsələlərini müzakirə etmək üçün Moskvaya dəvət etdiyini bildirib.