Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kreml: Rusiya, ABŞ və Ukrayna arasında danışıqların bərpası mümkündür

2 dəq
Paylaş:
Kreml: Rusiya, ABŞ və Ukrayna arasında danışıqların bərpası mümkündür

Kreml Rusiya, ABŞ və arasında böhranın həlli ilə bağlı üçtərəfli danışıqların yenidən başlanması ehtimalını istisna etməyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Rusiya Prezidentinin katibi ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva və Kiyevdə keçirdiyi təmasları şərh edərkən bildirib.

Peskov sülhə yönəlmiş istənilən təşəbbüsün müsbət qiymətləndirildiyini vurğulayıb.

“Şübhəsiz ki, səmərəli olan istənilən cəhd sülhə doğru atılan kiçik bir addımdır. Bu baxımdan, amerikalı danışıq aparanların sülhün bərqərar olması istiqamətindəki səylərinə böyük önəm veririk”, – deyə Kreml rəsmisi qeyd edib.

Peskov bildirib ki, ABŞ nümayəndələrinin Kiyevdə keçirdiyi görüşlərin nəticələri barədə Rusiya tərəfinə hələlik rəsmi məlumat verilməyib.

O, Vladimir Putinlə arasında telefon danışığının baş tutması ehtimalını da istisna etməyib.

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yenidən başlanması ilə bağlı suala cavab verən Peskov bu ehtimalın mümkün olduğunu, lakin danışıqların yeri və vaxtı barədə danışmaq üçün hələ tez olduğunu bildirib.

Dmitri Peskov Norveçin Rusiya sərhədi yaxınlığında artilleriya taboru yerləşdirmək planlarına da münasibət bildirib.

Kremlin sözçüsü bu addımın Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığını və ölkəyə qarşı yönəldiyini vurğulayıb.

Peskov həmçinin Ermənistanın Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfər edəcəyini təsdiqləyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə