Fələstinin HƏMAS hərəkatının radikallarının əlində olmuş azad edilmiş girovların altıncı qrupu Qəzza zolağı ilə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsinin Misir tərəfinə çatdırılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Extra News” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, misirli həkimlər fələstinli məhbusların mübadiləsi üçün İsraillə razılaşma əsasında azad edilmiş keçmiş girovların bəzilərini müalicə edirlər.