Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Çin 2-ci mərhələ danışıqları üçün İsrailə çağırış etdi

2 dəq
Paylaş:
Çin 2-ci mərhələ danışıqları üçün İsrailə çağırış etdi

İsraili və regiondakı digər maraqlı tərəfləri ABŞ ilə İran arasında əldə olunan razılaşmalara uyğun hərəkət etməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin keçirdiyi brifinqdə bildirib.

Onun sözlərini TASS agentliyi sitat gətirib.

“Bu həlledici məqamda İsrail də daxil olmaqla, bütün maraqlı tərəflər regionda və sabitliyin maraqları naminə hərəkət etməlidirlər. Bu prosesə mane olan addımlar atmaq əvəzinə, birinci mərhələ razılaşmalarının həyata keçirilməsini asanlaşdıran tədbirlər görülməli və ikinci mərhələ danışıqları irəli aparılmalıdır”, - deyə Lin Jian vurğulayıb.

Çin rəsmisi həmçinin bildirib ki, Pekin Yaxın Şərqdə davamlı sülh və sabitliyin təmin olunması istiqamətində fəal rol oynamağa hazırdır.

Onun sözlərinə görə, Çin bu məqsədlə öz təsir imkanlarından istifadə etməyə və ictimaiyyətlə sıx etməyə davam edəcək.

“Çin Yaxın Şərqdə davamlı sülh və sabitliyə nail olmaq üçün öz təsirindən istifadə etməyə və beynəlxalq ictimaiyyətlə qarşılıqlı əlaqədə olmağa hazırdır”, - deyə diplomat əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax