Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Qazaxıstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan dərin narahatlıq ifadə edib

1 dəq
Paylaş:
Qazaxıstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan dərin narahatlıq ifadə edib

5 mart 2026-cı il tarixində Respublikasının naziri Yermek Koşerbayev Azərbaycan Respublikasının naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən xəbərə görə, nazir 5 mart tarixində mülki infrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumların suverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunu vurğulayıb.

İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıq gətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimi halların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinə çatdırıb.

Qazaxıstan naziri bu hücumlardan dərin ifadə edib, vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax